AZ

Azərbaycan millisi Bakıda Macarıstan yığması ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi rəsmi oyunlara hazırlıq məqsədilə bu il Macarıstan yığması ilə yoxlama görüşü keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma iyunun 10-da ölkəmizdə baş tutacaq. Amma görüşün başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi martın 25-də Belarus yığması ilə də yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma da Bakıda təşkil olunacaq.

Seçilən
16
arena.az

1Mənbələr