AZ

UNEC tələbəsi ölkə çempionu olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Mühasibat” ixtisası üzrə 4-cü kurs tələbəsi Rəvan Niftalıyev 50 illik fasilədən sonra yenidən Xankəndi şəhərində badminton üzrə keçirilən Azərbaycan çempionatının qalibi olub.Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda R.Niftalıyev badminton idman növü üzrə I yeri qazanıb.

 

 

 

 

 

Seçilən
21
tehsil.biz

1Mənbələr