Bakı. Trend:
Azərbaycan rəqəmsal keçidin iqtisadi artımın əsas aparıcıqüvvəsi olduğu, sürətlə dəyişən qlobal landşaftda özrəqabətədavamlı yerini tutmağa can atır.
Trend xəbərverir ki, bu barədə Dünya İqtisadi Forumunun “Impact Report: Centrefor the Fourth Industrial Revolution Network 2023-2024” adlıhesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Digital FDI layihəsi məqsədlərinmüəyyənləşdirildiyi və konkret strategiyaların təsbit olunduğusilsiləvi strateji görüşlərdən başlayıb.
“Təşəbbüs çərçivəsində artıq Azərbaycan rəqəmsaliqtisadiyyatında çalışan yerli və xarici şirkətlərlə soğrular vəmüsahibələr aparılıb. Toplanmış məlumatlar təhlil olunub və 4dekabr 2023-cü ildə seminarda təqdim olunub. Digital FDİ təşəbbüsüartıq Azərbaycanda innovasiya mədəniyyəti və sahibkarlığıninkişafına dəstək olmaqla əhəmiyyətli təsir göstərməyə başlayıb.Keçirilmiş seminarlar bilik mübadiləsini və strateji dəstəyi təminedib, və beləcə yerli şirkətlərin rəqəmsal keçidin qlobaltrendlərinə uyğunlaşmasına yardımçı olub. Şirkətlər və startaplaröz rəqəmsal hazırlıq səviyyələrinin qiymətləndirilməsi vətəkmilləşməli olan sahələrin müəyyən edilməsi üzrə praktikitövsiyələr əldə ediblər və bu onların investisiya baxımındancəlbediciliyini və miqyaslanma imkanlarını artırıb”, - deyəhesabatda deyilir.
Qeyd olunur ki, layihənin əsas elementlərindən biri InvesTechkalkulyatorunun yaradılması olub. Sözügedən alət – rəqəmsalinvestisiyalar barədə dəqiq məlumatların çatdırılması hesabınainvestisiya qərarlarının qəbul olunmasını sadələşdirmək məqsədidaşıyır.
“Bu alət birbaşa xarici investisiyaların cəlb olunmasıstrategiyasında mühüm rol oynayır, investisiya prosesininşəffaflığını artırır və onu sadələşdirir.”, - hesabatda qeydolunur.
Bundan başqqa, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovqeyd edib ki, “IDEA: Investing in the Digital Economy ofAzerbaijan” təşəbbüsü Azərbaycanın startaplar və innovasiyalar üçünəlverişli mühitin yaradılması istiqamətində əldə etdiyi əhəmiyyətlitərəqqini yüksək qiymətləndirib.
“Hesabatda ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasıüçün xarici investisiyaların cəlb olunmasının, özəl sektorunaktivləşdirilməsinin, rəqəmsal tərəqqinin və və müvafiqsiyasətlərin gerçəkləşdirilməsinin vacibliyi vurğulanıb”, -deyə oəlavə edib.