Yanvarın 22-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrinparlamentlərinin Səhiyyə komitələrinin sədrləri iləgörüşüb.
Qardaş ölkələrin nümayəndələrini Milli Məclisdəgörməkdən məmnunluğunu ifadə edən birinci vitse-spiker qonaqları Milli Məclisin rəhbərliyi, şəxsən spikerSahibə Qafarovanın adından salamlayıb. Əli Əhmədovdünən Türkiyədə baş vermiş dəhşətli yanğında həlakolanlarla bağlı dərin kədərini ifadə edib və Türkiyəxalqına başsağlığı verib.
Daha sonra birinci vitse-spiker Milli MəclisdəTÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyəkomitələrinin “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirinədair cavab tədbirləri” mövzusunda keçirilmiş ikinciiclasında aparılan müzakirələrin əhəmiyyətinivurğulayaraq, onlara bu istiqamətdə qəbul edilənqərarların reallaşdırılmasında uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandasəhiyyənin yüksək inkişafına nail olunduğunu, ölkəmizinCOVİD19 pandemiyasının təsirlərinin aradanqaldırılması istiqamətində dəyərli təşəbbüslərə müəllifliketdiyini diqqətə çatdırıb. O, ölkəmizin qlobal iqlimdəyişiklikləri ilə mübarizədə ön sıralarda durduğunubildirib və buna misal olaraq ötən il ölkəmizdə keçirilmişCOP29-un uğurlu nəticələrini xatırladıb.
Müxtəlif çeşidli məsələlərin, o cümlədən səhiyyəsahəsində mövcud olan problemlərin türk dövlətləri iləbirlikdə həm də parlament ölçüsündə həllinə nail olunması üçün TÜRKPA-nın vacib platformayaçevrildiyini söyləyən birinci vitse-spiker qarşılıqlı faydaəsasında formalaşan birgə fəaliyyət sayəsindəəhəmiyyətli nəticələrin əldə ediləcəyinə inamını ifadəedib.
Görüşdə Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədriVedat Bilgin, Qırğız Respublikası Joqorku KeneşininSosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva, Özbəkistan Respublikası Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri BahromAbdullayev və Şimali Kipr Türk Respublikası Məclisininİnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədrmüavini Filiz Besim səmimi qəbula və yüksəkqonaqpərvərliyə görə Azərbaycan parlamentininrəhbərliyinə təşəkkürlərini bildiriblər. Qonaqlar iqlimdəyişikliklərinin neqativ təsirləri ilə mübarizəkontekstində TÜRKPA çərçivəsində türk dünyasınınsəhiyyəsinin inkişafına mühüm töhfə verənəməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər, bu cürtədbirlərin əhəmiyyətindən danışıblar.
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədriƏhliman Əmiraslanov, Əmək və sosial siyasətkomitəsinin sədri Musa Quliyev, deputatlar Məlahətİbrahimqızı və Heydər Əsədov, TÜRKPA-nın vəParlament Aparatının məsul əməkdaşları iştirak ediblər.