İşləmək üçün Rusiyanın Stavropol vilayətinə gedən azərbaycanlı tanımadığı şəxlər tərəfindən döyülüb.
Bu barədə məlumatı XəzərNews.az-a zərərçəkən Şahin Əliyevin özü verib.
“Stavropola Rusiyayaişləmək üçün gəlmişəm. Bir neçə gün öncə tanımadığım şəxlər tərəfindən döyülülərək, huşsuz vəziyyətdə polis şöbəsinə aparıldım. Rus dilini bilmədiyim üçün Stavropolda Azərbaycan diasporuna müraciət olundu. Diaspor sədri Fəxrəddin Yarıyev bölməyə gəldi, mənim oradan çıxarılmağıma nail oldu, səndlərimi qaydasına saldı, bəzi problemlərimi həll etdi”, – deyə Şahin Əliyev bildirib.
Diaspor sədri F.Yarıyev isə bildirib ki, polis tərfindən onun azərbaycanlı olduğunu bilərək ona zəng ediblər:
“Sənədi olmadığı üçün onu müvəqqəti saxlanma məntəqinə göndərəcəkdilər. Lakin bizim ora gedişimizdən sonra polis əməkdaşları güzəşt edərək soydaşımızı buraxdılar. Hər bir sahədə soydaşlarımıza dəstək olmağa çalışırıq. Amma onlar da nəzərə almalıdırlar ki, Rusiya ərazisində yeni miqrasiya qanunvericiliyi qüvvəyə minib, sənədləri qaydaya salmaq mütləqdir”, - deyə F.Yarıyev qeyd edib.
Xəbər 3 dəfə oxunub.