Slovakiyada dövlət çevrilişi təhlükəsi: Təcili iclas çağırıldı
Slovakiyanın Baş naziri Robert Fitso ölkənin kəşfiyyat orqanlarının hökumətin devrilməsi riski ilə bağlı məlumat almasından sonra yanvarın 23-nə Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli "Dennik N" nəşri məlumat yayıb.
İclasda Slovakiya Prezidenti Peter Pelleqrini də iştirak edəcək.