Bakı. Trend:
İran və Azərbaycan arasında 5 illik perspektiv çərçivəsindəticarət dövriyyəsinin illik 10 milyard dollara yüksəldilməsi hədəfgötürülə bilər.
Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqbu gün İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cıiclasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət üzrə çox yaxşıimkanlar var.
F.Sadiq deyib ki, İranın hazırkı hökuməti iki ölkə arasındabütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi və maneələrin aradanqaldırılmasına çalışır.
"Ümid edirik ki, iki ölkə arasında nəqliyyat, gömrük, neft, qaz,su, elektrik, prefernsial ticarət, investisiya sahələrində yeniəməkdaşlıq qapıları açılacaq və iki ölkə əlaqələri maksimum inkişafedəcək", - deyə o qeyd edib.