Bakı. Trend:
Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının VII turundaİspaniyanın "Atletik" (Bilbao) komandasını 4:1 hesabı ilə məğlubedib.
Trend xəbər verirki, İstanbulda keçirilən qarşılaşmada "ağ-qaralar"ın heyətindəMilot Raşiça (17, 60), Rafa Silva (77) və Joau Mariu (90+2)fərqləniblər. Qonaqların tək qolunu isə Unai Qomes (45) vurub.
"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Solskyaerin rəhbərliyialtında komanda xalını 9-a çatdıraraq turnir cədvəlində 18-cisırada qərarlaşıb. "Atletik" isə 16 xalla ikinci yerdə mövqeyiniqoruyub.
Qeyd edək ki, Avropa Liqasının VII turunun digər matçlarıyanvarın 23-də keçiriləcək.