AZ

AP Belarusdakı seçkilərin nəticələrini tanınmamağa çağıran qətnamə qəbul edib

Avropa Parlamenti Belarusdakı seçkilərin nəticələrini tanımamağa və respublikaya qarşı sanksiyaları genişləndirməyə çağıran qətnamə qəbul edib.

AP-nin rəsmi saytında verilən məlumata görə, sənədi 567 deputat dəstəkləyib, 25 deputat əleyhinə olub, 66 deputat isə bitərəf qalıb.

“Parlament Aİ-dən, onun üzv dövlətlərindən və beynəlxalq ictimaiyyətdən səsvermədən sonra hazırkı diktator Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımamağı xahiş edir”, – bəyanatda deyilir.

Avropa Parlamentinin üzvləri həmçinin “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində Lukaşenko rejiminin şərikliyini” pisləyiblər.

Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyinin nümayəndəsi Anatoli Qlaz bildirmişdi ki, Avropa Xarici Fəaliyyət Xidməti Belarusda yanvarın 26-na təyin edilmiş prezident seçkilərinin nəticələrini pisləyən əvvəlcədən bəyanat yazıb.

DOĞRU.AZ

Seçilən
45
37
dogru.az

10Mənbələr