AZ

"Ağır məğlubiyyət oldu" - Yeni transferdən İLK AÇIQLAMA

"Turan Tovuz"un qış fasiləsində heyətinə qatdığı yeni transfer Anton Kraçkovski Premyer Liqanın 19-cu turunda "Kəpəz"ə məğlub olduqları (2:5) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

O, ilk öncə ölkəmizdəki debüt matçını şərh edib.

- "Turan" üçün prinsipial oyun olduğunu bilirdim. Oyundan öncə də mənə bu barədə məlumat verilmişdi. İlk görüşümdəki məğlubiyyətə çox təəssüflənirəm. Əminəm ki, gələcəkdə hər şey müsbət istiqamətə dəyişəcək.

- Derbidəki ab-hava necə idi?

- Atmosfer mənə çox təsirli gəldi. Artıq oyunun birinci dəqiqəsində İsmayıllın cinah almasından sonra tribunadan gələn reaksiyadan gözəlliyi hiss etdim.

- Belə ağır məğlubiyyətdən sonra növbəti matçlara köklənmək psixoloji baxımdan çətin olmayacaq?

- Bəli, belə məğlubiyyətlər ağırdır. Amma düşünürəm ki, yaxın 1-2 gündə bu yükü üzərimizdən ataraq "Qarabağ"la qarşıdakı vacib görüşə hazır olmağa çalışacağıq.

- Derbi olması barədə öncədən məlumatlı olduğunu dedin. Maraqlıdır matçdan əvvəl belə hesabla məğlub olacağınızı desəydilər bunu necə qarşılayardın?

- Mən çox təəccüblənərdim. Amma uşaqlar mənə demişdi ki, çempionat ağır keçir. İstənilən komanda istənilən rəqibi məğlub edə bilər. Necə ki, biz "Qarabağ"ı məğlub edə bilmişik.

Seçilən
24
sportinfo.az

1Mənbələr