Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik üzrəmüşaviri Mayk Vals Milli Təhlükəsizlik Şurasının (MTŞ) strukturundaəsaslı dəyişikliklərə start verib. Şura əməkdaşlarının 160-a yaxınüzvü müvəqqəti işdən kənarlaşdırılıb.
Trend AssociatedPress agentliyinə istinadən xəbər verir ki, bu addım kadr yoxlamasımüddətində mütəxəssislərin distant iş rejiminə keçirilməsininəzərdə tutur.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughesbildirib ki, islahatların məqsədi MTŞ-nin Prezident Trampın“Amerika Birinci” gündəmini tam dəstəkləməsini təmin etmək və vergiödəyicilərinin vəsaitlərindən daha səmərəli istifadə edilməsinənail olmaqdır.
İslahatlar çərçivəsində işçilərin əksəriyyətinin əvvəlkiagentliklərinə, o cümlədən Dövlət Departamenti, FTB və CIA-ya gerigöndərilməsi planlaşdırılır. Proses, şura strukturunun “səmərəli vəsadələşdirilmiş” hala gətirilməsinə yönəlib. Bu dəyişikliklərdənəsasən, adətən bir ildən iki ilə qədər səlahiyyət müddəti olanmütəxəssislər təsirlənəcək.