UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun mərkəzi görüşü Fransanın paytaxtı Parisdə keçirilib.
PSJ doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb. Oyunun gedişində ingilislər 2:0 hesabı ilə önə keçsələr də, meydan sahibləri geridönüş edərək qələbə qazanıblar - 4:2.
“Real” isə evdə “Zaltsburq”la üz-üzə gəlib. Madrid klubu rəqibini darmadağın edərək 3 xal qazanıb - 5:1. “İnter” səfərdə “Sparta”dan üstün olub - 1:0.
Turun bütün oyunlarının nəticələrini təqdim edirik:
UEFA Çempionlar Iiqası
Liqa mərhələsi
VII tur
22 yanvar
21:45. “Leyptsiq” (Almaniya) - “Sportinq” (Portuqaliya) 2:1
21:45. “Şaxtyor” (Ukrayna) - “Brest” (Fransa) 2:0
00:00. “Real” (İspaniya) - “Zaltsburq” (Avstriya) 5:1
00:00. PSJ (Fransa) - “Mançester Siti” (İngiltərə) 4:2
00:00. “Sparta” (Çexiya) - “İnter” (İtaliya) 0:1
00:00. “Arsenal” (İngiltərə) - “Dinamo” (Xorvatiya) 3:0
00:00. “Seltik” (Şotlandiya) - “Yanq Boys” (İsveçrə) 1:0
00:00. “Feyenoord” (Niderland) - “Bavariya” (Almaniya) 3:0
00:00. “Milan” (İtaliya) - “Jirona” (İspaniya) 1:0
Qeyd edək ki, Liqa mərhələsində sonuncu - VIII turun oyunları yanvarın 30-da keçiriləcək.
Telegram kanalımız