AZ

İndoneziyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb

İndoneziyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Daşqın çayların sularının Mərkəzi Yava əyalətində 9 kəndi basdığı, leysan yağışlardan sonra dağ kəndlərində torpaq sürüşmələrinin baş verdiyi dəqiqləşib.

Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin sözçüsü Əbdül Muxari selin Petunqkriono kurort bölgəsində iki evi və bir kafeni uçuran torpaq sürüşməsinə səbəb olduğunu söyləyib.

O, həmçinin əlavə edib ki, ümumilikdə təbii fəlakətlər Pekalonqanda kəndləri birləşdirən 25 ev, bənd və üç əsas körpünü dağıdıb.

Ən azı 13 nəfər yaralanıb, 300-ə yaxın insan hökumətin müvəqqəti sığınacaqlarına qaçmağa məcbur olub.

Seçilən
23
operativmm.az

1Mənbələr