ABŞ dövlət katibi Marko Rubio gələn həftə Prezident Donald Trampın Panama kanalına nəzarəti ABŞ-a qaytaracağına dair vədindən sonra Panamaya səfər etməyə hazırlaşır..
Poliqon bu barədə Bloomberg Agentliyinə istinadən xəbər verir.
Agentlik yazır ki, Dövlət Departamentinin yeni rəhbərinin ilk xarici səfəri Trampın Panama kanalı ilə bağlı bəyanatlarının ciddiliyini vurğulamalıdır.
Həmçinin, məqalədə qeyd olunur ki, Latın Amerikası ölkələrinə tur çərçivəsində Rubio Qvatemala, Kosta Rika və El Salvadora səfər etməyi planlaşdırır.
Poliqon.info