AZ

Pentaqon Meksika sərhədinə 1500 hərbçi göndərəcək

ABŞ Müdafiə Nazirliyi cənub sərhədində təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün yaxın günlərdə Meksika sərhədinə 1500 əsgər göndərəcəyini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, bu, ABŞ prezidenti Donald Trampın qeyri-qanuni immiqrasiya ilə mübarizəyə dair sərəncamlarında yer alan planın bir hissəsidir.

“Bu, hələ başlanğıcdır”, deyə ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Robert Salesses Meksika sərhədindəki hərbçilərin sayının dəyişə biləcəyini deyib.

Salessesin sözlərinə görə, hərbçilər sərhəddə sədlərin qurulmasına kömək edəcəklər. AP xəbər verir ki, bundan əlavə, nazirlik 5 mindən çox saxlanılan miqrantı deportasiya etmək üçün təyyarələr verəcək.

Qeyd edək ki, ABŞ və Meksika arasındakı sərhədin uzunluğu təxminən 3,2 min km-dir. Hazırda orada təxminən 2500 ABŞ Milli Qvardiya əsgəri yerləşdirilib.

Yanvarın 21-dən ABŞ-nin cənub sərhədində qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Donald Tramp Meksika sərhədində fövqəladə vəziyyət rejimi tətbiq edib.

Poliqon.info

Seçilən
15
49
poliqon.info

10Mənbələr