Bakı, 23 yanvar, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın Vaşinqtonun Panama kanalına nəzarəti ələ keçirməsi zərurəti ilə bağlı bəyanatlarından sonra gələn həftə Panamaya səfər etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Dövlət Departamentinin yeni rəhbərinin ilk xarici səfəri Trampın və onun administrasiyasının Panama kanalı ilə bağlı bəyanatlarının ciddiliyini vurğulamalıdır.
Rubionun Latın Amerikası turu zamanı Panama ilə yanaşı Qvatemala, Kosta-Rika və Salvadora da səfəri planlaşdırılır.