AZ

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2025-ci ilin ilk faiz qərarını açıqlayacaq.

Marja.az xəbər verir ki, Mərkəzi Bankın yanvar ayı faiz qərarını 23 yanvar 2025-ci il, Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq.

İqtisadçılar TCMB-nin İdarə Heyətinin qərarı ilə faiz dərəcəsinin 2,50 faiz bəndi də azaldılaraq 45 faizə düşəcəyini proqnozlaşdırırlar.

Faiz dərəcəsi üzrə 2025-ci ilin sonu üçün iqtisadçıların ortaq proqnozu 30 faiz təşkil edir.

Keçən ay keçirilən toplantısında TCMB faiz dərəcəsini 2,50 faiz bəndi azalaraq 50 faizdən 47,50 faizə endirib. 

Bakı vaxtı ilə saat 08:50-də Dollar/TL məzənnəsi 35,65 lirə səviyyəsində olub. 

Seçilən
16
8
marja.az

10Mənbələr