AZ

Döyüşlər başa çatıb, hələ də meyitlər tapılır...

Axtarış-xilasetmə qrupları Qəzza zolağında atəşkəsdən sonra dağılmış evlərin dağıntıları altından 212 nəfərin cəsədini çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, anklavda 14,2 mindən çox insan itkin düşmüş hesab olunur, onlardan 5 minə yaxını qadın və uşaqlardır. Ölənlərin yaxınları cəsədlərini basdırmaq üçün Qəzzaya qayıtmağa başlayıblar.

Qeyd edək ki, əldə olunmuş razılığa əsasən yanvarın 19-da Qəzzada atəşkəs rejimi qüvvəyə minib.

Seçilən
26
modern.az

1Mənbələr