AZ

“Barselona”da yeni müqavilə: 70 milyonluq təklifdən sonra…

"Barselona"nın müdafiəçisi Ronald Arauxo klubla müqaviləsini uzatmağa qərar verib.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib.

Qeyd olunur ki, tərəflər razılaşmanı bu gün, yanvarın 23-də rəsmən elan etməlidir. Müqavilənin müddəti 2030-cu ilə qədər olacaq və daha bir il müddətinə uzadıla biləcək.

Onun hazırkı sözləşməsi 2026-cı ilin yayında başa çatır.

Seçilən
16
publika.az

1Mənbələr