AZ

Tramp öz cangüdənini Məxfi Xidmətə rəhbər təyin etdi


ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada sui-qəsd zamanı onu müdafiə edən Şon Kurranı Məxfi Xidmətin yeni direktoru təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Mən Şon Kurranın ABŞ Məxfi Xidmətinin növbəti direktoru vəzifəsinə namizədliyini irəli sürməkdən şərəf duyuram”, - Tramp bildirib.
Prezident bildirib ki, Kurranın 2001-ci ildə ABŞ Məxfi Xidmətindən başlayaraq 23 illik hüquq-mühafizə təcrübəsinə malikdir.
“O, Pensilvaniya ştatının Batler şəhərində məni güllədən xilas etmək üçün öz həyatını riskə ataraq qorxmazlığını sübut etdi. Mən əminəm ki, Şon Birləşmiş Ştatların Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək”, - Tramp əlavə edib.
ABŞ Prezidenti Kurranın son bir neçə ildə ailəsini qoruduğunu da bildirib.
Qeyd edək ki, yanvarın 20-də 78 yaşlı respublikaçı and içərək rəsmi şəkildə ABŞ-nin 47-ci prezidenti olub.
O, artıq Baydenin 78 icraedici dənədini ləğv etmək, ABŞ-ni Paris iqlim sazişindən çıxarmaq, hökumət senzurasına son qoymaq və 2021-ci ildə Kapitola hücuma görə məhkum olunanları əfv etmək də daxil olmaqla bir sıra icra sərəncamları imzalayıb.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə Pensilvaniyada seçki kampaniyası zamanı atışma baş verib. Nəticədə Tramp sağ qulağından yara alıb.
Seçilən
14
yeniavaz.com

1Mənbələr