AZ

Rusiyada zavod işçiləri təsadüfən milyonçu oldular

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Çelyabinsk şəhərində xizək presləri zavodunda bəzi işçilərin maaş hesablarına səhvən milyonlarla rubl qoyulması iddiası gündəmə gəlib.

Hafta.az-ın “Komsomolskaya Pravda”ya istinadən yazdığına görə, zavodun işçisi hesabında normal almalı olduğu 50 min rubl maaş əvəzinə 5 milyon rubl görüb. Bəzi işçilərə bundan artıq maaş verildiyi iddia edilib.

Qəzetin yazdığına görə, işçilər bu mühasibat səhvi qarşısında fərqli davranıblar. Onların bəziləri əlavə pulu alış-veriş üçün istifadə edib, bəziləri isə tətilə çıxıb.

Qalmaqalın üstü etiraflarla açıldıqdan sonra zavodun mətbuat xidməti deyilənləri təkzib edib. Açıqlamada deyilirdi: "İşçilərə yüz dəfə çox maaş və ya milyonlarla rubl ödənilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Zavodumuzda işçilərin hüquqları qüvvədə olan qanun və qaydalara uyğun şəkildə qorunur. Əgər kiçik səhvlər baş verərsə, onlar iş qaydasında həll olunur”.

Mütəxəssislər bildirirlər ki, belə olan halda işçilərin təsadüfən yatırılan pulu artıqlaması ilə qaytarmaq öhdəliyi mübahisə doğurur. Maliyyə eksperti Yevgeniya Memruk bildirib ki, belə hallar adətən işəgötürənin günahı ucbatından yaranır və İstehlakçı Hüquqları Qanununa əsasən işçilərin bu pulu qaytarmamaq hüququ ola bilər.

"Əgər artıq ödəniş texniki səhvə görədirsə və işçi pulu qaytarmaqdan imtina edirsə, işəgötürən vəziyyəti həll etmək üçün məhkəməyə müraciət etməli ola bilər. Bununla belə, məhkəmələr çox vaxt işçinin xeyrinə qərar verir", - Memruk bildirib.

Seçilən
13
hafta.az

1Mənbələr