Bakı. Trend:
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” HavaHərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətininidarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS iləstrateji əməkdaşlıq haqqında saziş imzalayıb. Bu tərəfdaşlıqAzərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirməküçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin vənormativ tələblərə uyğunluğun kompleks analizini vətəkmilləşdirilməsini nəzərdə tutur.
AZANS və NATS arasında əməkdaşlıq strateji təşəbbüslərin həyatakeçirilməsinə yönəlib:
- Uçuş təhlükəsizliyin artırılması və gecikmələrin azaldılmasıməqsədilə rabitə, naviqasiya və müşahidə (CNS)prosedurlarının və sistemlərinin optimallaşdırılması.
- Əməliyyatların davamlılığı və etibarlılığını təmin edəcəkbeynəlxalq standartlara uyğunluğungücləndirilməsi.
- Davamlı inkişafa və əməliyyat proseslərinintəkmilləşdirilməsinə yönəlmiş qabaqcıl texnologiyaların vəqlobal təcrübələrin tətbiqi.
- Kadr potensialının inkişafı və təkminləşdirilməsi, o cümlədənNATS ekspertlərinin iştirakı ilə xüsusi təlimlər, səfərlərvə birgə seminarlar.
“Strateji yerləşməsinə görə Azərbaycan və Heydər ƏliyevBeynəlxalq Aeroportu əsas hava nəqliyyatımərkəzinə çevrilmək üçün unikal imkana malikdir. NATS ilətərəfdaşlıq bizə təhlükəsizliyə, ekoloji dayanıqlığa və əməliyyatsəmərəliliyinə xüsusi diqqət yetirməklə müasir aviasiyanın ənyüksək standartlarına cavab verməyə imkan verəcək”, – deyə AZANSHHİ-nin direktoru Fərxan Quliyev bildirib.
NATS-ın Baş icraçı direktoru Martin Rolf isə vurğulayıb:“Azərbaycan aviasiya sektorunda sürətlə inkişaf edir və bu sazişbizim üçün dünyanın ən işlək hava limanlarının və hava məkanınınidarə olunması təcrübəmizi bölüşmək üçün bir fürsətdir.Mən birlikdə işləmək, təcrübə mübadiləsi aparmaq və Azərbaycanaməqsədlərinə çatmaqda köməklik etməyi səbirsizlikləgözləyirəm.”
Qeyd edək ki, bu tərəfdaşlıq Azərbaycanın aviasiya sektorunundaha da inkişafı, onun regionda lider mövqeyinin gücləndirilməsi vəhava nəqliyyatı üçün etibarlı və səmərəli infrastrukturunyaradılması üçün əsas olacaq. NATS ilə əməkdaşlıq sərnişinlərə vəaviaşirkətlərə gecikmələrin azaldılması, uçuşlarıntəhlükəsizliyinin artırılması və davamlı inkişafın dəstəklənməsidaxil olmaqla təkmilləşdirilmiş təcrübə təqdim edəcək qabaqcıltexnologiyaların tətbiqinə imkan verəcək.