AZ

Mərkəzi Bank daha bir ?exchange?ə lisenziya verib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən daha bir valyuta mübadiləsi məntəqəsinə (exchange) lisenziya təqdim edilib.

Banker.az xəbər verir ki, 17 yanvar 2025-ci il tarixində ?MMK-014? MMC-yə VMF-07 kodu ilə lisenziya təqdim edilib. Bununla da lisenziyalı “exchange”lərin sayı yeddiyə yeksəlib.

Şirkət  Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 2 qeydiyyatda, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45 ünvanında isə fəaliyyət göstərəcək.

Xatırladaq ki, ?MMK-014? 2024-cü ilin yanvarında təsis edilib və 600 000 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Tural Mikayılov Məhərrəm oğludur.

Hazırda exchange-lər:

  1. ?ELİKO? MMC
  2. ?DELTA CAPITAL? MMC
  3. ?ZUHUR? MMC
  4. ?BAKI MƏRKƏZİ VALYUTA? MMC
  5. ?META-KAPİTAL? MMC
  6. ?Money Shop? MMC
  7. ?MMK-014? MMC

Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər ? “Valyuta tənzimi haqqında”  Qanunu ilə müəyyən edilmiş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filiallarıdır.

Seçilən
10
banker.az

1Mənbələr