AZ

Vuçiç söz verdi: Tramp bunu etsə, ona abidə ucaldacam

"ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoya bilsə, ona abidə ucaldılmalıdır. Ancaq onun buna asanlıqla nail olacağına əmin deyiləm".

Publika.az xəbər verir ki, bu fikri Serbiya prezidenti Aleksandar Vuçiç yerli "Blic" nəşrinə müsahibəsində bildirib.

Xüsusilə, o, Trampın simmetrik təhdidlər və münaqişənin hər iki tərəfini bir anda güzəştə getməyə məcbur edən strategiyanı həyata keçirə biləcəyinə şübhə etdiyini deyib.

"Rusiya və Ukrayna kiçik ölkələr deyil və hər ikisi belə asanlıqla qərar qəbul etmək üçün həddən artıq çox insan itirib. Amma əgər Tramp bacararsa, gəlin hamımız ona abidə ucaldaq. Çünki o, bütün planeti xilas edəcək. Buna görə də ona uğurlar arzulayıram. Mən özümü bunun baş verəcəyinə kökləyirəm. Düşünürəm ki, bu baş verəcək? Allah ona kömək olsun", - Vuçiç vurğulayıb.

Seçilən
14
publika.az

1Mənbələr