Lənkəranda silah-sursat tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhəri ərazisində yerləşən keçmiş mebel fabrikinin həyətində silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış zamanı oradan 2 ədəd "AKM-74" markalı avtomat, patron darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 24 ədəd ov tüfəngi aşkarlanıb.
![Lənkəranda](https://apa.az/storage/news/2025/january/23/small/6791dfced766d6791dfced766e17376132626791dfced766b6791dfced766c.jpg)