AZ

ABŞ “Ənsar Allah”ı terror təşkilatı kimi tanımağa hazırlaşır


ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Yəməndəki husi üsyançı “Ənsar Allah” hərəkatının xarici terror təşkilatı elan edilməsi prosesinə start verən fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bu fərman husilər kimi tanınan “Ənsar Allah” hərəkatının xarici terror təşkilatı kimi tanınması prosesini başladır”, - sənəddə deyilir.
Sənədə görə, husilərin hərəkətləri Yaxın Şərqdəki Amerika vətəndaşlarının təhlükəsizliyini, həmçinin ABŞ-nin ən yaxın regional tərəfdaşlarının təhlükəsizliyini və qlobal dəniz ticarətinin sabitliyini təhlükə altında qoyur.
Fərmanın mətnində 2014-cü ildən Yəmən rəsmiləri ilə döyüşən husilərin Qırmızı dənizdə Amerika döyüş gəmilərini müntəzəm atəşə tutduğu və 2023-cü ildə İsrailə 300-dən çox mərmi atdığı da qeyd edilir.
Tramp ABŞ dövlət katibinə “Ənsar Allah”ın terror təşkilatı kimi tanınması prosesi ilə bağlı hesabat hazırlamaq üçün 30 gün vaxt verib.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra “Ənsar Allah” İsraili atəşə tutacağı və Fələstin anklavında əməliyyatlar dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.
Seçilən
10
11
yeniavaz.com

10Mənbələr