AZ

Tramp ilk müsahibəsində Baydeni kəskin tənqid edib

Bakı,TurkicWorld

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk müsahibəsində sələfi Co Baydeni sərt şəkildə tənqid edib.

TurkicWorld xəbər verir ki, Yanvarın 20-də Fox News aparıcısı Sean Hannity-yə verdiyi müsahibədə Tramp, Bayden administrasiyasının siyasətlərini zəiflik kimi xarakterizə edərək ABŞ-ın son dörd ildə ciddi şəkildə güc itirdiyini iddia edib.

O bildirib ki, Bayden administrasiyası dövründə inflyasiya, Əfqanıstandan geri çəkilmə böhranı, Rusiya-Ukrayna müharibəsi və digər hadisələr baş verib. və bu problemlər Baydenin zəif idarəçiliyindən qaynaqlanıb.

Tramp, Baydenin vəzifəsinin son günlərində bir çox şəxsi, hətta öz yaxın çevrəsini əfv etməsinə sərt reaksiya verib. O, Baydenin əfv siyasətini tənqid edərək, "Bu adam hər kəsi əfv etmək üçün gəzdi, amma özünü əfv etmədi. Halbuki əsl problem onun özündə idi." - deyə bildirib.

Prezident, Demokratik administrasiyanı Kaliforniyanın Los-Anceles bölgəsindəki yanğınlara lazımi müdaxilə edə bilməməkdə də günahlandırıb. O, bölgədə kifayət qədər su ehtiyatlarının olmasına baxmayaraq, bu resurslardan düzgün istifadə edilmədiyini deyib.

Sonda, TikTok-un ABŞ-da qadağan edilməsini şübhə altına alan Tramp, bu platformanın casusluq fəaliyyəti ilə əlaqəli olmadığına inandığını deyib. O qeyd edib ki, əgər təhlükə varsa, bu, daha çox Çində istehsal olunan telefon və digər cihazlarla bağlı ola bilər.

Seçilən
14
50
turkic.world

10Mənbələr