AZ

Tovuz dəmiryolu vağzalında şikrət işçisini elektrik cərəyanı vurdu - Vəziyyəti ağırdır

Tovuz rayonu Dəmiryol Vağzalında şirkət işçisini elektrik cərəyanı vurub.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, dəmiryolunda yeni xətlərin çəkilişi zamanı şirkət işçisi elektrik cərəyanına toxunub.

Həmin şəxs Rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda vəziyyəti ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Cərəyan vuran şəxsin kimliyi dəqiqləşdirilir.


Müəllif: Teleqraf.com
Seçilən
31
1
teleqraf.com

2Mənbələr