BMT Qəzza zolağında həyatı canlandırmaq üçün humanitar yardımı genişləndirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) Qəzza ofisinin rəhbəri Conatan Uittala istinadən məlumat yayıb.
“Təchizat artıq gəlib və biz yhumanitar yardımı genişləndiririk. Həyat təhlükə altındadır və israf etməyə vaxt yoxdur”,- deyə idarə rəhbəri bildiribz
Onun sözlərinə görə, ötən həftənin sonunda Qəzzada qüvvəyə minən atəşkəs razılaşması bölgəyə yardımın göstərilməsini, tibbi evakuasiyanı, köçkünlərin geri qaytarılmasını və mühüm infrastrukturun təmirini nəzərdə tutur.
BMT agentlikləri Qəzzada ərzaq paylanmasını artırıb və yeni çadırların və qış geyimlərinin paylanmasına, xəstəxanaların yenidən qurulmasına, su xətlərinin təmirinə, yolların təmizlənməsinə və dağıntıların təmizlənməsinə başlayıb.