Bu gün səhər saatlarında İran zindanlarında 11 məhbus edam edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı yazıb. Məlumata görə, qəsdən adam öldürmədə və narkotik qaçaqmalçılığında günahlandırılan məhbuslar İranın Qızılhisar, Vəkilabad, Dəstgerd, Savə, Əmirabad və Zənganın mərkəzi zindanlarında dar ağacından asılıblar.
Mənbə qeyd edib ki, İranda məhkəmə şəffaflığının olmaması səbəbindən ölkədə edamların faktiki sayını öyrənmək çətindir və həyata keçirilən ölüm hökmlərinin sayı göstəricilərdən çoxdur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta