Suriyanın xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ölkəsinin Bəşar Əsədin keçmiş müttəfiqləri olan İran və Rusiyaya 30 milyard dollar borcu olduğunu açıqlayıb.
Bizim.Media "Iran International" nəşrinə istinadən xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməzdən öncə “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Nazir bildirib ki, hazırda yeni hökumət Bəşar Əsəd rejimi dövründə ölkəyə dəyən ziyanı müəyyənləşdirməyə çalışır. Əş-Şeybaninin sözlərinə görə, hazırda dövlət xəzinəsində kifayət qədər pul yoxdur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta