AZ

Zəlzələlərə davamlı tikinti: Təhlükəsizlik və dayanıqlılığın elmi əsasları – AzMİU-nun professoru Azər Qasımzadə ilə MÜSAHİBƏ

Bakı. Trend:

Zəlzələlər təbiətin ən güclü və dağıdıcı hadisələrindənbiridir. Hər il dünya miqyasında baş verən yüzlərlə zəlzələminlərlə insanın həyatını itirməsinə, yaşayış binalarının, mühüminfrastruktur obyektlərinin və iqtisadiyyatın ciddi şəkildə zərərgörməsinə səbəb olur. Xüsusilə 2023-ci ildə Türkiyədə baş verəndəhşətli zəlzələ bu reallığı bir daha bütün dünyaya xatırlatdı. Bufaciə nəticəsində minlərlə insan həyatını itirdi, yüz minlərləinsan evsiz qaldı və milyonlarla dollar dəyərində maddi zərərdəydi. Belə hadisələrdə tikililərin dayanıqlılığının, zəlzələlərəqarşı hazırlığın və mühəndis yanaşmasının vacibliyi xüsusivurğulanır.

Bu kontekstdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Mexanika kafedrasının professoru və Zəlzələ mühəndisliyiElmi-Tədqiqat Mərkəzinin direktoru, texniki elmlər doktoru AzərQasımzadə ilə söhbət edəcəyik. Professor Azər Qasımzadə,zəlzələlərin tikililər üzərindəki təsirlərini araşdıran tanınmışalimdir. O, zəlzələ mühəndisliyi sahəsində bir sıra beynəlxalqlayihələrdə iştirak edərək müxtəlif ölkələrdə baş verənzəlzələlərin mühəndislik aspektlərini dərindən öyrənib.Tədqiqatları zəlzələlərə qarşı dayanıqlı qurğuların yaradılması,tikililərin gücləndirilməsi, seysmik izolyasiya, zədələnməsi idarəolunan qurğular, performans əsaslı seysmik layihələndirmə, ənhündür və ən yüngül qurğuların əldə edilməsi sahələrində mühümyeniliklər gətirib. Strateji əhəmiyyətli bina və qurğuların seysmikqorunması üçün struktural seysmik izolyasiya metodunun vəsisteminin müəllifidir. Azər Qasımzadənin AzMİU-da apardığı elmiaraşdırmalar və həyata keçirdiyi layihələr, zəlzələlərə qarşıdayanıqlı qurğuların inkişaf etdirilməsinə böyük töhfə verib,regionda və dünyada mühəndislik sahəsində tətbiq olunan ən yaxşıtəcrübələrə əsaslanmış yeni metod və yanaşmaların tətbiqinə imkanyaradıb.

Azər müəllim, ilk olaraq zəlzələlərin tikililərə vəinsan həyatına təsiri barədə fikirlərinizi bizimlə bölüşmənizixahiş edirik.

Zəlzələlərin tikililərə və insan həyatına təsiri çoxmürəkkəbdir. Günümüzdə dünyadakı mövcud tikinti normalarına əsasən,binalar zəlzələyə qarşı layihələndirilərkən üç əsas amil nəzərəalınır: binada yaşayan insanların həyatı, binanın iqtisadi dəyərivə binanın funksiyası. Kiçik və orta şiddətli zəlzələlər başverəndə bu amillərin binanın istismar müddətində təmin ediləcəyivəd edilir. Lakin böyük zəlzələlərdə yalnız insan həyatınınqorunacağı bildirilir. Bu zaman bina iqtisadi dəyərini vəfunksiyasını itirir, insanlar isə həyatda qalmaqlarına minnətdarolaraq binanı tərk edirlər. Bina istismara yararsız olur və yenidəninşa edilir. Beləliklə, böyük zəlzələlərdən sonra insanların, şəhərvə ölkənin iş davamlılığı və dayanıqlılığı itirilir.

Sizcə, zəlzələ riski yüksək olan bölgələrdə tikintinormalarına necə yanaşılmalıdır?

Əlbəttə ki, ən ciddi şəkildə əməl olunmalı, yüksək keyfiyyətlimateriallardan istifadə edilməli və layihələr peşəkar mühəndislərtərəfindən hazırlanmalıdır. Tikinti başlamazdan əvvəl ərazininseysmik riski geoloji tədqiqatlarla qiymətləndirilməli, müasirtexnologiyalar tətbiq olunmalı və keyfiyyətə daim nəzarətedilməlidir. Azərbaycan dünyada ikinci seysmik aktivlik zonasındayerləşir və ərazisi yüksək seysmik risk altındadır. Bölgələrimizdəzəlzələ riski dərəcəsindən asılı olmayaraq tikinti normalarınariayət olunması vacib amildir və buna Tikintidə TəhlükəsizliyəNəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunur. Məsələn,tikinti normalarına riayət olunmadığı təqdirdə ölkə sərhədlərixaricində baş verən uzun periodlu zəlzələlərin təsirindən zəlzələriski az olan bölgələrdə də tikililər zərər görə bilər. Bu məqamlarbizdən tikinti normalarına daha məsuliyyətlə yanaşmağı tələbedir.

Türkiyədə baş verən 2023-cü il zəlzələsi mühəndislikyanaşmaları baxımından bizə hansı dərsləriöyrətdi?

Hər bir zəlzələ ondan əvvəlki zəlzələlərdə rastlanmayan ən azıbir yeni xüsusiyyətlə qarşımıza çıxır. Biz də bu yeni xüsusiyyətəqarşı qurğuların müqavimətini saxlamaq üçün araşdırmalar aparır vəəldə etdiyimiz mühəndislik tədbirlərinin növbəti inşa ediləcəkqurğuların layihələndirilməsində tətbiqini təklif edirik.

Türkiyə də Azərbaycan kimi dünyanın ikinci seysmik aktivlikzonasındadır. Maqnitudası 6-dan böyük olan zəlzələlərin 10,5%-i buzonada baş verir. Keçmiş zəlzələlərin statistik məlumatlarınaəsaslansaq, orta hesabla Türkiyədə hər 7 ildən bir dağıdıcı zəlzələbaş verir. Bu dağıdıcı zəlzələlərdən biri də 6 fevral 2023-cü ilsaat 04:17-də baş verdi. Zəlzələnin episentri Kahramanmaraşşəhərinin Pazarcık rayonunda, yerin 8,6 km dərinliyində yerləşirdi.75 saniyə müddətində baş verən 7,7 maqnitudalı zəlzələdən təxminən9 saat sonra, saat 13:24-də ondan 95 km uzaqlıqda, eyni şəhərinElbistan rayonunda 7,6 km dərinliyində 50 saniyə müddətində başverən ikinci zəlzələ baş verdi. Onun magnitudası isə 7,6 olub. Biray ərzində həmin ərazilərdə minlərlə afterşoklar – magnitudası7,6-dan ən az bir vahid (7,6-1=6,6) kiçik təkanlar qeydə alındı.Bunlardan 3-nün magnitudası 6, 44-nün 5, 510-nun magnitudası isə 4olan zəlzələlərdir. Bu zəlzələlər nəticəsində Türkiyənin 83vilayətindən 11 vilayətdə təxminən 225000 bina dağılıb, 50000 insanhəyatını itirib və 107000 insan yaralanıb. Buna baxmayaraq həminbölgədəki izolyatorlu xəstəxanalar öz performansını saxlayaraqfəaliyyətini davam etdirib. Dünyada 7-7,9 maqnitudada zəlzələlərinillik ortalama sayı 18-dir. Qeyd edim ki, iki nöqtədən yayılanzəlzələ dalğalarının interferensiyası, qrunt şərtləri və digərfaktorlar zəlzələnin təsirini həmin ərazilərdə daha dagücləndirib.

Beləliklə, zəlzələ bölgəsində aparılan araşdırmalar qurumlarınbir çox məqamları gözdən keçirməyini şərtləndirdi. Bunlar arasındaən vaciblərini sadalamaq istərdim. İlk olaraq istismar müddətibitmiş binaları vaxtında yenidənqurma layihələri ilə yeniləməkvacibdir, inşaat normalarına cavab verməyən binalar mütəmadi olaraqgücləndirilməli, eyni zamanda izolyasiya edilmiş binanınətrafındakı seysmik boşluqların doldurulmaması və ya bağlanmamasınaxüsusi diqqət yetirilməlidir. Zəlzələdən sonra fasiləsiz xidmətüçün seysmik izolyasiya olunmuş xəstəxananın izolyasiyamərtəbəsində elektrik şəbəkəsi, santexnika, havalandırma və digərsistemlərin müvafiq normalara uyğun hərəkətinin davamlılığı təminolunmaqla layihələndirilməlidir. Xüsusən, strateji əhəmiyyətli binavə qurğuların sağlamlığı davamlı olaraq izlənməli, monitorinqedilməlidir. Biz strateji əhəmiyyətli bina və qurğular dedikdədövlət və cəmiyyətin təhlükəsizliyi, iqtisadiyyatı və idarəetməsiüçün vacib olan obyektləri nəzərdə tuturuq. Bunlara yüksəkmərtəbəlibinalar, unikal bina və qurğular, səhiyyə obyektləri (hündürmərtəbəli xəstəxanalar), enerji infrastrukturu (neft qazplatformaları, zavodlar və elektrik stansiyaları), nəqliyyatinfrastrukturları (körpülər, hava limanları, dəniz limanları,yollar), rabitə qurğuları (telekommunikasiya qüllələri və datamərkəzləri), idarəetmə binaları (prezident sarayı, parlament,nazirliklər, məhkəmələr), hərbi obyektlər (hərbi bazalar, radarlar,silah anbarları), maliyyə qurumları (Mərkəzi bank, birjalar), suinfrastrukturu (su anbarları, təmizləmə qurğuları) misal gətiriləbilər.

Yuxarıdakı təkliflərin effektivliyini dünyanın birinci zəlzələzonasındakı zəlzələ zərərləri və bu bölgədəki izolyatorlu binalarınperformansı ilə müqayisə etmək üçün 11 mart 2011-ci il, yerlivaxtla saat 14:46-da Yaponiyanın Oşika yarımadasının 72 kmşərqində, 29 km dərinlikdə, 6 dəqiqə müddətində davam etmiş, 9.1maqnitudada olan zəlzələ ilə əlaqələndirə bilərik. Zəlzələdən sonra129426 bina tamamilə dağılıb, 265240 bina qismən dağılıb, 727054bina isə qismən zərər görüb. Onu da deyim ki, dünyada 8 baldanböyük zəlzələlərin illik ortalama sayı 1-dir. Zəlzələdən sonraYaponiyada 327 ədəd izolyasiya edilmiş bina və 130 ədəd vibrasiyayanəzarət sistemi olan binanın zədələnməsi və performansı ilə bağlıqurumlar araşdırmalar aparıb. Nəticə etibarı ilə Tokiometropolitenindəki hündür mərtəbəli dəmir-beton binalarındaquraşdırılmış seysmik mühafizə cihazları kifayət qədər yaxşıperformans göstərib, lakin onlar 6 dəqiqədən çox çəkən uzunmüddətlivə uzun periodlu hərəkətlərdən təsirləniblər.

Bu dərslərin verdiyi təcrübədən faydalanaraq AzMİUolaraq hansı yeni yanaşmalar təklif edirsiniz?

Dünyamızda baş verən zəlzələlər fonunda belə hallarlaqarşılaşmamaq üçün layihələndirmədə əlaqəli normalara riayətolunması vacib amillərdəndir. Buna görə layihələndirilmiş binalarıntikintisində layihəyə uyğunluğuna nəzarət edən orqanların müstəqilolmasını təmin etmək vacibdir. Paralel olaraq hər beş ildən birəlaqəli normaların yenilənməsi həyata keçirilməlidir.

Azərbaycanın zəlzələ riski daşıyan bir bölgədəyerləşməsi nəzərə alınaraq mövcud tikililərin dayanıqlılığı barədənə deyə bilərsiniz?

Ölkəmizin zəlzələ riski daşıyan bölgədə yerləşməsi nəzərəalındıqda, mövcud tikililərin dayanıqlılığı müxtəlif dövrlərdətətbiq edilən tikinti metodlarına əsaslanır. Azərbaycanda mövcudbinalar həm tikinti dövrlərinə, həm də konstruktiv xüsusiyyətlərinəgörə fərqlənir və onun təsnifatını aparsaq, ilk olaraq1500-1920-ci, illərə aid bina konstruksiyaları ağla gəlir. Ortaəsrlər və XIX əsrin sonu XX əsrin əvvəllərində inşa edilən binalarəhəng daşı süxurlarından yonulmuş daşlarla ucaldılıb. Orta əsrlərəməxsus binalar bir-iki mərtəbəli, XIX əsrin sonu XX əsrinəvvəllərinə aid binalar isə üç-dörd mərtəbəli tikilib. Çox nadirhallarda beş-altı mərtəbəli binalara da rast gəlinir, mərtəbələrinhündürlüyü 3,5-4,5 m arasında dəyişir, hörgü məhlulu kimi əhəngməhlulundan istifadə olunub.

Sovet dövrünə aid bina konstruksiyaları isə iki mərhələdə təhliledilir: 1920-1950-ci illər və 1950-1990-cı illər. Birinci mərhələhesab olunan 1920-1950-ci illəri əhatə edən binalar, əsasən, daşbinalar idi. Bu illərdə binaların zəlzələyə davamlılığına az önəmverilib. İkinci mərhələ isə 1950-1990-cı illərdə, xüsusilə uluöndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə binalarınzəlzələyə davamlılığı məsələsi ön plana çəkilib. Səbəb isə 1948 və1966-cı illərdə Aşqabad və Daşkənd zəlzələləri olub. Qeyd etdiyimmərhələdə, Ulu Öndərin diqqəti və xüsusi tapşırıqları ilə istər daşbinaların, istərsə də dəmir-beton və metal konstruksiyalarındaninşa olunmuş binaların zəlzələyə davamlılığı elmi şəkildə öyrənildivə tətbiq edildi. 1988-ci ildə Qərbi Azərbaycanda baş verəndağıdıcı zəlzələdən sonra Azərbaycan hökumətinin qərarı ilə zəlzələbölgələrində zəlzələ şiddəti 1 bal artırıldı. Belə qəbul olundu ki,əgər ərazi 6 ballıqdırsa, gərək hesablamalar 7 bala uyğun aparılsınki, zəlzələ bölgəsində olan tikili öz dayanıqlılığını saxlayabilsin.

Sovet dövründə tikilən əsas bina konstruksiya növlərinə daş, iripanelli demir-beton, yığma karkas konstruksiyalı dəmir-beton,sənaye, monolit dəmir-beton binalar aiddir. Azərbaycanda Sovetdövründə binaların konstruksiya növlərinə görə faiz nisbətləritəxminən 45% iripanelli dəmir-beton binalar, 25% yığma karkaskonstruksiyalı dəmir-beton binalar, 25% daş binalar, 5% monolitdəmir-beton binalardır. Bakıda bu dövrdə dəmir-beton konstruksiyaelementləri təxminən 6-dan çox dəmir-beton və ev tikməkombinatlarında istehsal olunurdu. Bu yanaşma bina konstruksiyasıelementlərinin istehsal texnologiyasına nəzarəti saxlamaqlamaksimum müqavimətin əldə edilməsini təmin edirdi.

1992-ci ildən bu günə qədər tikilən binalar isə ağırlıqlı olaraqyerində tökmə dəmir-beton konstruksiyalardır. Əlbəttə, bukonstruksiyalarda konstruksiya elementlərinin müqaviməti,dəmir-beton və ev tikmə kombinatlarında istehsal olunankonstruksiya elementlərinin müqavimətindən aşağıdır və istehsaltexnologiyasına nəzarət bir qiymətli deyil. Müasir dövrdə tikilmişbinaların mərtəbə sayına görə faiz nisbətini qeyd etsək təxminirəqəmlər belədir. 30% az mərtəbəli (1-3); 17% çox mərtəbəli (4-8);45% uca (9-25); 8% çox uca (25 və daha) binalardır.
Dövrlərinə görə sadaladığım bina konstruksiya növləri zəlzələtəsiri zamanı davranış xüsusiyyələri-dayanıqlılıq vəziyyətlərinigözlər önünə gətirir. Azərbaycan ərazisi aktiv Alp-Himalayqurşağının bir hissəsi olduğundan burada vaxtaşırı güclü vədağıdıcı zəlzələlər (427, 1139, 1235, 1667, 1902, 1961, 1963, 1989,2000, 2007, 2012 və s. zəlzələlər) baş verir. Respublika ərazisindəhər il ortalama 4000-ə yaxın zəlzələ qeydə alınır ki, onlararasında şiddəti 3 baldan yüksək olan 20-25 zəlzələ hissolunur.

Burada təqdim etdiyim Azərbaycanda binaların dayanıqlılıqvəziyyəti respublikadakı 2000-ci il noyabrın 25-də, 21:30radələrində Bakıdan 50 km məsafədə dənizdə, dərinliyi 12 km olan6.8 maqnitudalı zəlzələnin nəticələrinə əsaslanmışdır. Bu zəlzələdəölkə üzrə 7350 bina müxtəlif dərəcələrdə zədələnib, onlardan 36-sıtamamilə dağılıb. Dağılan binalar arasında 34 yaşayış evi, 1 məktəbvə bir mədəniyyət idarəsinin binası var idi. Ümumiyyətlə, başvermiş zəlzələdən Azərbaycan respublikasına 21.66 milyon ABŞdolları həcmində ziyan dəyib. Zədələnən 7350 binanın 70%-i daş,25%-i iripanelli dəmir-beton, 5% isə karkas konstruksiyalıdəmir-beton bina olub.

Azər müəllim, AzMİU qeyd olunan riskləri azaltmaqüçün tikinti normalarında xüsusi təlimatlar və metodlar təklifedirmi?

2009-cu ildə Dövlət Şəhərsalma və Memarlıq Komitəsi nəzdindəkiİnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış"Əlaqəli Seysmik Rayonlar üçün Tikinti Normaları" zəlzələyə davamlıbinaların layihələndirilməsi üçün əsas qaydaları müəyyən etdi. Bunormalar, digər ölkələrdən fərqli olaraq, zəlzələ bölgələrixəritəsini MKS-64 zəlzələ intensivliyi cədvəlinə əsaslanaraqhazırlanmışdı. Bugünkü gündə norma birbaşa performans əsasındalayihələndirmə metodunu əhatə etmir. Bu normalarda seysmik qüvvətdigər əlaqəli normalara nisbətən ortalama 2-4 dəfə daha yüksəkmüəyyən edilib və ehtiyat əmsalı olduqca böyükdür. Buna görə bunormanın (AZDTN 2.3-1) yenilənməsi vacibdir. Bu dəyişiklik,binaların seysmik dayanıqlılığını artırmaq və zəlzələ nəticəsindəyaranan riskləri daha da azaltmaq məqsədini güdür.Universitetimizin təklif etdiyi metodlar və təlimatlar bu normanıntəkmilləşdirilməsi ilə yanaşı, zəlzələyə davamlı tikinti və müasirlayihələndirmə yanaşmalarını təşviq etməyə yönəlib.

AzMİU-nun Zəlzələ mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi(ZMETM) bu sahədə hansı əsas tədqiqatları həyatakeçirir?

AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi (ZMETM) busahədə müxtəlif mühüm tədqiqatlar həyata keçirir. Mərkəzin əsashədəfi, zəlzələlərə qarşı tikililərin dayanıqlılığını artırmaq vəşəhərlərin təhlükəsizliyini təmin etməkdir. Günümüzdə dünya üzrəzəlzələ bölgələrində tikinti normalarının əsas layihələndirməfəlsəfəsi, böyük zəlzələlərdən sonra binaların funksional itkisinivə zərərini nəzərə alaraq insanların həyatını qorumaq məqsədinigüdür. Böyük zəlzələyə qarşı şəhəri təhlükəsiz və dayanıqlı halagətirmək, şəhər və ölkənin iş davamlılığını təmin etmək,əvvəlkindən daha yüksək seysmik performansa və strukturlara malikbinalar inşa etmək vacibdir. Müasir dövrümüzdə seysmik izolyasiyavə zədələnməsi idarə olunan qurğularda istifadə olunan söndürücülərəvvəlkindən daha etibarlı və daha ucuzdur, bu texnologiyalar birçox qurğulara rahatlıqla tətbiq edilməkdədir. Növbəti vacib addımisə insanlar üçün yüksək seysmik performanslı bu cür qurğularıseçmək və istifadə etməkdir. Zəlzələ mühəndisliyinin vəmərkəzimizin tədqiqat məqsədi budur. Plastik deformasiya bu yeniqurğularda istifadə olunan seysmik izolyasiya və söndürücülərindəbaş verə bilər. Bu xüsusiyyət sayəsində tikililəri xilas etmək vəböyük zəlzələlərdən sonra istifadəsini saxlamaq mümkün olur.

Faktiki konstruktiv layihələndirmə hesabatlarına görəzədələnməsi idarə olunan kimi layihələndirilən metal konstruksiyabinalarda metalın ümumi çəkisi 10%-20% arasında azaldıla bilər. Buazalma nisbəti, söndürücülərin maliyyətini artıqlaması iləqarşılayır. Seysmik izolyasiya edilmiş binalarda isə kəsmə seysmikqüvvələri azaldığından, bina elementlərinin en kəsikləri mütənasibolaraq azalacaq. Nəticədə bina ümumi maliyyətinin 5-10%-ni təşkiledən seysmik izolyasiyanın qoyulması xərci, bina en kəsiklərininazalması ilə artıqlaması ilə kompensasiya edilmiş olur.

Mərkəzimizdə aparılan bu tədqiqatlar çərçivəsində, uzun periodlugüclü zəlzələ təsirlərinə qarşı əvvəlki dövrlərdə inkişafetdirdiyimiz və yüksək mərtəbəli binalara, atom reaktorlarınatətbiq etdiyimiz struktural seysmik izolyasiya metodunu hazırdaqüllə tipli qurğulara tətbiq etməkdəyik. Bu tədqiqat, eyni zamandaən hündür və yüngül qurğuların layihələndirilməsi üçün uğurluimkanlar yaradır.

Azərbaycanda zəlzələ riskinə qarşı sizintərəfinizdən innovativ həllər təklif olunurmu?

Əvvəlcə, seysmik izolyasiya edilmiş və zədələnməsi idarə olunanyeni qurğulardan daha çox istifadə etməliyik. Bu qurğular, zəlzələzamanı binaların və infrastrukturun təhlükəsizliyini artırmağakömək edəcək və tikililərin zərər görməsinin qarşısını alacaq.Seysmik izolyasiya, tikililərin zəlzələ dalğalarına qarşı dahadayanıqlı olmasına imkan verir. Bu xüsusiyyət sayəsində böyükzəlzələlərdən sonra insanların həyatını qorumaqla bərabər,tikililərin istifadəsini saxlamaq mümkün olur.

Bir digər vacib təklif isə yüksək təhlükəsizlikli binaların vəqurğuların davranışını izləmək üçün bir Monitorinq Mərkəzininyaradılmasıdır. Bu layihə artıq qrant qazanmışdır və bu ildənetibarən AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzindəqurulacaqdır. Monitorinq Sistemi bina və qurğuların istismarızamanı zəlzələ, fırtına, partlayış, güclü yağışlar və eyni zamandadigər fiziki-kimyəvi xarici təsirlər nəticəsində baş verənkonstruktiv dəyişiklikləri mütəmadi izləməyi, təhlil etməyi vəönləyici tədbirlər almağı təmin etməkdədir. Bu yanaşma zəlzələ vədiğər xarici təsirlərə qarşı hazırlıqlı olmağa və zərərləriniminimuma endirməkdə kömək edəcəkdi. Bunu biraz aydınlaşdırmaqistərdim. AzMİU-da bu ildən etibarən yaradılacaq MonitorinqMərkəzimiz, strateji əhəmiyyətli binaların təhlükəsizliyi vədayanıqlılığını təmin etmək məqsədilə innovativ texnologiyalartətbiq edəcək. Mərkəzimizdə aparılacaq işlər binalarınreaksiyalarını ölçmək, layihədəki vəziyyətə uyğunluğunu müəyyənetmək və bu vəziyyəti hər zaman izləmək üzərində qurulacaq. 7/24monitorinq sistemimiz vasitəsilə binanın davranışında hər hansı birdəyişiklik – layihədəki vəziyyətinə uyğunsuzluq müşahidə edildikdəbina sahibinə dərhal xəbərdarlıq ediləcək. Dəyişikliklərin yaranmasəbəbləri və onların necə aradan qaldırılacağı barədə lazımgələrsə, quruma təkliflər təqdim olunacaq. İnanırıq ki, bu layihəölkəmizin elmi-tədqiqat potensialının ve təhsilin keyfiyyətininyüksəldilməsinə, eləcə də bina və qurğuların istismarınıntəhlükəsizliyinə və istismar müddətinin artırılmasına xidmət edəcə.Fürsətdən istifadə edərək deyim ki, bu işlərin həyatakeçirilməsində universitetimizin rektoru professor GülçöhrəMəmmədovanın rolu böyükdür.

Siz bir çox beynəlxalq layihələr və elmiaraşdırmalarda iştirak etmisiniz. Bu təcrübələr Azərbaycan üçünhansı praktiki dəyəri gətirib?

Öncəki sualınızda bəhs etdiyim mərkəzimizdə aparılantədqiqatlar, Azərbaycanda zəlzələ riskinə qarşı təklif etdiyimizinnovativ metodlar hər biri iştirak etdiyim beynəlxalq layihələr vətəcrübələrin məhsuludur.
Mənim beynəlxalq layihələrdə və elmi araşdırmalarda iştirakım,əsasən üç mühüm sahədə özünü göstərir: Beynəlxalq tərəfdaşlıqlayihələri üçün zəmin yaradacaq tədqiqat mərkəzinin yaradılması;Tədqiqat infrastrukturunun müasir metodlar əsasında inkişafı;Tədqiqat nəticələrinin beynəlxalq konfranslarda, elmi mətbuatdaişıqlandırılması, təbliğ edilməsi, nəşr edilməsi;

Birincisi mənim iştirak etdiyim beynəlxalq layihələr, xüsusiləseysmik izolyasiya və zədələnməsi idarə olunan qurğular, eləcə dəperformans əsaslı seysmik layihələndirmə sahəsində qazandığımtəcrübələr, Azərbaycanda zəlzələ riskinin azaldılması istiqamətindəinnovativ metodların tətbiqinə imkan yaratmışdır. Bu təcrübələrAzMİU-nun doktorantları və tələbələrinə tədris və tədqiqatmaterialları kimi təqdim edilib. Kanada və İsveçrə ilə aparılanortaq layihəm Türkiyənin OnDokuz Mayıs Universitetinin İnşaatmühəndisliyi bölümündə, 2002-ci ildə qurduğumuz QurğularınTəxribatız Dəyərləndirilməsi Laboratoriyası və nəzdindəki MobilQurğu Monitorinq Sisteminin elmi nəticələri, hazırlanan kadrpotensialı ilə inkişaf etdirilərək yeni seysmik norma vətəcrübələr, xüsusilə Türkiyənin 2019-cu ildə qəbul etdiyi zəlzələnormativlərinin tətbiqinə mühüm təsir göstərib. Beləliklə, yüksəktəhlükəsizlikli qurğuların və binaların monitorinqinin məcburi halagəlməsinə səbəb olub. Biz bu müasir yanaşmaları Azərbaycan mühitinədə inteqrasiya edəcəyik.

İkincisi, günümüzdə bütün mühəndislik qurğularının modellənməsi,layihələndirilməsi, təlimi, tədrisi və ədədi simulyasiyasındatətbiq olunan Sonlu Elementlər Metodu (SEM) fənnindən bəhs etməkistərdim. 1995-ci ildən OnDokuz Mayıs Universiteti və digəruniversitetlərdə tədrisini verdiyim, proqram təminatlarınıhazırladığım və türk dilində ilk dərsliyini yazdığım bu fənn bütünuniversitetlərin mühəndislik ixtisaslarında vacib yer tutmuş vədərs vəsaiti kimi 3 dəfə çap olunub. Bu tədris vəsaiti müəllim,tələbə, mühəndis, tədqiqatçı və aspirantların SEM modelləmələrinietməyə böyük fürsət yaradıb.

Bu kitab və əlavəsindəki proqram təminatları, həmçininAzərbaycan dilinə də tərcümə olunub. ZMETM nəzdində qurduğumuzSonlu Elementlər Metodu əsasında Qurğuların Modellənməsi və AnaliziLaboratoriyasının tərkib hissəsini təşkil edib. AzMİU-nun İnşaatfakültəsində 2022-ci ildən etibarən İnşaat mühəndisliyinininformasiya texnologiyaları dərsi altında tədris etdiyim SEM fənni,adını çəkdiyim laboratoriyada interaktiv olarak keçirilir.Qurğuların analizi və layihələndirilməsi istiqamətində tədrisetdiyim İnşaat Mexanikası, Qurğular Dinamikası, ZəlzələMühəndisliyi fənləri də Sonlu Elementlər Metodu əsasında bulaboratoriyada interaktiv olaraq tədris olunur. Bu mövzuda əlaqəlikitablarım da azərbaycan dilinə tərcümə edilib. Bunlarınparalelində xaricdə yayınlanmış digər kitablarım da oxucularınistifadəsi üçün AzMİU, yerli və xarici kitabxanalara verilib. Bunəşrlərdən olan “Earthquake Resistant Design, Protection andPerformance Assessment in Earthquake Engineering” və “SeismicIsolation, Structural Health Monitoring, and Performance BasedSeismic Design in Earthquake Engineering: Recent Developments ”adlı kitablarım zəlzələ mühəndisliyi üzrə müasir yanaşmaları təqdimedir. “Structural Design and Analysis: Based on FEM with SAP2000”kitabı isə SAP2000 proqram təminatı əsasında qurğuların sonluelementlər metodu ilə analizini və layihələndirilməsini izah edir.“Differential Equations in Engineering: Based on FEM with Matlab”kitabım isə mühəndislikdə diferensial tənliklərin sonlu elementlərmetodu əsasında həllərinin Matlab proqram təminatı ilə tətbiqlərinəhəsr olunub. Üçüncüsü, AzMİU-da işə başladığım təxminən iki ilərzində 7-dən çox beynəlxalq elmi konfransda sədr, elm və təşkilatkomitəsinin üzvü, sessiya sədri, eləcə də dəvətli məruzəçi olduğummötəbər tədbirlərdə doktorant və tələbələrimlə iştirak etmişəm.

Onlar arasında AzMİU tərəfindən təşkil edilən və dünyanınmüxtəlif ölkələrindən iştirakçıları cəlb edən beynəlxalqkonfranslar da var.

Xüsusilə, 2023-cü ildə Bakıda keçirilən “SeysmikDayanıqlı Müasir Qurğular” (AERS-2023) …

Bəli, AzMİU-nun təşkilatçılığı ilə “Seysmik Dayanıqlı MüasirQurğular” (AERS-2023) adlı Beynəlxalq Konqres buna yaxşı nümunə olabilər. Konqres zəlzələ mühəndisliyinin əsas hədəfləri istiqamətindəaparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması,qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması, mövcud inşaatnorma və qaydalarında zəlzələ mühəndisliyinin əsas hədəflərindənolan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcəkzəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğusistemlərindən istifadəyə diqqət çəkib. Azərbaycanın elm adamları,istehsalat nümayəndələri ilə yanaşı, Türkiyə, Amerika BirləşmişŞtatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, BirləşmişƏrəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digərölkələrdən nüfuzlu alimləri və tədqiqatçıları ətrafındabirləşdirib. Bu və digər beynəlxalq tədbirlər nəticəsindəAzərbaycan elmi mərkəzləri ilə dünya elmi cəmiyyətləri arasındaəməkdaşlıq əlaqələri güclənib. Əməkdaşlığın uğurlu tərəfi olaraqmüxtəlif ölkələrin zəlzələ araşdırma mərkəzləri ilə müqavilələr vətəcrübə mübadiləsi təmin olunub.
Nəticədə, beynəlxalq layihələrdəki təcrübələrim, Azərbaycanınmühəndislik və elmi potensialının inkişafına, zəlzələ riskininazaldılmasına, elmi tədqiqatların təkmilləşdirilməsinə vəbeynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Zəlzələdən sonra binaların dayanıqlılığını qiymətləndirmək vətəhlükəsizliyi təmin etmək istiqamətində proses necə həyatakeçirilməlidir? Universitetin bu sahədə icra etdiyi layihələrdənmisal gətirməyinizi istərdik
Hər zəlzələdən sonra yüksək təhlükəsizlikli bina və qurğularındavranış sərhəddini aşma durumu yoxlanılmalı və hədd aşılarsavəziyyət sahibinə bildirilməlidir. Aşma səbəbi araşdırılmalı vətəmiri zəruri olduqda təmir layihəsi hazırlanaraq sahibinə təqdimedilməlidir. Bizim monitorinq məqsədinin əsasında bu durur.Zəlzələdən sonra Monitorinq Mərkəzinə bağlı yüksək təhlükəsizliklibina və qurğuların davranış sərhəddini aşma durumu yoxlanılır,aşanların vəziyyəti sahibinə bildirilir. Onun icazəsi ilə aşmasəbəbi araşdırılır, təmiri zəruri olduqda təmir layihəsihazırlanaraq sahibinə verilir. Digər bina və qurğular isə bağlıolduğu təşkilatlar tərəfindən vəziyyəti incələnərək binanınistifadəsini əngəlləyəcək hallar mövcud olduqda aradan qaldırılmasıüçün layihə hazırlanaraq təqdim olunur.

ZMETM tərəfindən incələnməsi istənərsə, mərkəzimizdə mövcudmobil monitorinq sistemi, tarama alətləri və digəravadanlıqlarımızla əlaqəli qurğu məlumatları alınır və vəziyyətilazım olduqda təmir layihəsi ilə birlikdə sahibinə təqdim edilir.Bina və qurğuların növbəti ildə sığorta qiymətləri əvvəlki ilinsonu bina davranış hesabatı nəticələrinə əsasən qiymətləndirilir.İnkişaf etmiş ölkələrdə strateji əhəmiyyətli binaların monitorinqixüsusi qaydalarla tənzimlənir və inşaat normalarında yer alır. Buölkələrdə bəhs edilen binalara monitorinq alətləri qoyularaqmonitorinq mərkəzinə birləşdirilməsi mütləq məcburidir, əks haldabinanın istismarına, istifadəsinə icazə verilmir.

Biz də Azərbaycanda bu prosesi həyata keçirmək üçün çalışırıq.Məqsədimiz heç kimi məcbur etmədən bunun faydalı olduğunugöstərməkdir. Maraqlanan qurumlara kömək edərək bu işin davametdirilməsinə dəstək veririk.

Bu sahədə ixtisaslaşmaq istəyən gənc mühəndislərə nətövsiyə edərdiniz? Onlara zəlzələ mühəndisliyi sahəsində uğurqazanmaq üçün hansı bilik və bacarıqlar lazımdır?

Zəlzələ mühəndisliyində ixtisaslaşmaq istəyən gənc mühəndislərətövsiyəm, qabaqcıl ölkələrin bu sahədəki normalarını izləsin,xüsusilə hər 5 ildən bir bu normaları təcrübələrə əsaslanaraqyeniləyən ölkələrdən ən az birinin normasını öz ölkələrinə paralelşəkildə tətbiq etsinlər. Gənc mütəxəssislər eyni zamanda hərəhəmiyyətli zəlzələdən sonra əlaqəli hesabatları dəyərləndirsin,mövcud qaynaqları izləsin və real qurğu davranışı testlərini vəmonitorinqləri diqqətlə araşdırsınlar. Bu addımların zəlzələmühəndisliyində uğur qazanmaq üçün minimum ehtiyac olduğunudüşünürəm.

Sahəmizdə uğur qazanmaq üçün tələb olunan əsas bilik vəbacarıqlar arasında seysmik izolyasiya, zəlzələ zamanı qurğularındavranışının təhlili və müasir inşaat metodlarının tətbiqi yeralır. Gənc mühəndislər bu sahədə inkişaf edən texnologiyaları vəmetodları öyrənməli, qabaqcıl ölkələrin təcrübələrini öz ölkələrinətətbiq etməlidirlər.

Azər Müəllim, əlavə fikirləriniz varsa müsahibəninsonunda sizin bu fikirlərinizi də dinləmək maraqlıolardı

Elmin və mühəndisliyin müxtəlif sahələrində olduğu kimi, tikintivə infrastruktur sahəsində də müxtəlif regionlarda təzadlıyanaşmalar və praktikalara rast gəlinir. Bu fərqliliklər həm təbiihadisələrin təsiri, həm də yerli infrastruktur, texnologiya vəmədəniyyət fərqliliklərindən irəli gəlir. Məsələn, yüksək mərtəbəlibinaların inşası və onların seysmik davranışı ilə bağlı dünyamiqyasında tətbiq olunan müxtəlif yanaşmalar mövcuddur. ABŞ-dəzəlzələ bölgələrində xəstəxana və məktəb binalarında seysmikizolyasiya məcburi, çox mərtəbəli binalarda tətbiqi isə layihəçininsərəncamındadır. Zəlzələ qırılma xətlərindən uzaq ərazilərdə isəhündür (50 və üzəri) mərtəbəli binalar adətən seysmikizolyatorlardan istifadə edilmədən nüvə membran divarlı olaraq inşaedilir. Yaponiyada isə bütün ölkə ərazisində zəlzələlərin dahaintensiv baş verməsi səbəbindən hündür (60 və üzəri) mərtəbəlibinaların inşasında seysmik izolyasiya texnologiyalarının geniştətbiqi önə çıxır. Bu yanaşmalar, həmçinin hər iki ölkəninmühəndislik və tikinti sahəsindəki təcrübələrinin fərqlimənzərəsini ortaya qoyur.

Zəlzələlərin təsiri və bina davranışı müxtəlif coğrafibölgələrdə fərqliliklər göstərir. Meksika şəhərindəki 1985-ci ilzəlzələsinin təsirindən episentirden 350 km məsafədəki binalarınreaksiyası, İran-Pakistan sərhədindəki 2013-cü il zəlzələsinintəsirindən episentirden 900 km məsafədəki binaların reaksiyası vədigər bənzər hadisələr, ölkə daxilindəki binalarınlayihələndirilməsində ölkənin xaricindəki baş verə biləcəkzəlzələlərin xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyiniortaya qoymuşdur.

Bundan əlavə, dəmir-beton konstruksiyaların ömrü haqqında qeydetmək olar ki, bu, yalnız konstruksiyanın materialına deyil, həm dəonun istismar şəraitinə bağlıdır. Dəmir-beton konstruksiyalarınınümumi ömrü 50 il olaraq qəbul edilsə də, düzgün istismar vəmütəmadi texniki xidmət nəticəsində bu ömür 100-150 ilə qədər uzanabilər. Fransanın paytaxtı Parisdə 1903-cü ildə inşa edilmiş 8mərtəbəli monolit dəmir-beton bina hələ də istifadə olunur. Bununlayanaşı, Yaponiyada zəlzələlərin daha yüksək intensivlikdə başverməsi səbəbindən binaların orta ömrü insanların orta ömründənqısadır.
Təbii ki, belə nümunələri misal gətirməklə bildirmək istəyirəm ki,sahəmizdə davamlı tədqiqatlar və araşdırmalar aparmaq vacibdir. Bunümunələrdən çıxarılacaq əsas nəticə odur ki, qurğulardinamikası-zəlzələ mühəndisliyi sahəsindəki davamlı tədqiqatlar vəinkişaflar gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlıbinaların inşasına şərait yaradacaqdır. İnnovativ texnologiyalarıntətbiqi binaların uzunmüddətli istismarını təmin edəcək və təbiifəlakətlərə qarşı dayanıqlı konstruksiyaların inkişafına təkanverəcəkdir. Bu istiqamətdə aparılacaq elmi araşdırmalar, tikintimühəndisliyində yeni yanaşmaların tətbiqini və mövcudtexnologiyaların təkmilləşdirilməsini stimullaşdıracaqdır.

Zəlzələlərə
Zəlzələlərə
Zəlzələlərə
Məqalədə:
Seçilən
53
2
az.trend.az

2Mənbələr