Bakı.Trend:
Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ölkəninprezidenti Yun Sok Yol barəsində başlatdığı istintaqı yekunlaşdırıbvə ona qarşı qiyam işi üzrə rəsmi ittihamın irəli sürülməsi üçünprokurorluğa müraciət edib.
Trend xəbər verirki, bu haqda “Bloomberg” məlumat yayıb.
“Ona qarşı ittiham irəli sürüb-sürməyəcəyinə prokurorluq qərarverəcək. Biz hesab edirik ki, prokurorluq bu iş üzrə həqiqətlərinüzə çıxması üçün toplanmış materialları hərtərəfli şəkildəaraşdırsa və lazım gəlsə əlavə istintaq başlatsa bu daha səmərəliolar”, - deyə idarənin rəhbəri Li Ce Son bildirib.
İstintaq idarəsindən bildirirlər ki, siyasətçi onun hərbivəziyyətin tətbiq olunmasındakı rolu ilə bağlı müstəntiqlərinsuallarını cavablandırmaqdan imtina edir.
Qeyd edək ki, Koreya prezidenti yanvarın 19-da Seuldakıiqamətgahında həbs olunub.