Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə 2025-ci ildə Tacikistan Respublikasının Müstəqil Dövlətlər Birliyində (MDB)sədrliyinə həsr olunmuş brifinq keçirilir.
Teleqraf.com xəbər verir ki, məqsəd MDB-nin 2025-ci ildə siyasi, iqtisadi və humanitar sahələrdə, o cümlədən təhlükəsizliyə və institusional inkişafına çağırış və təhdidlərə qarşı mübarizə sahəsində Tacikistan Respublikasının sədrliyinin əsas prioritetlərinin təqdimatıdır.
Brifinqdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri, MDB-ə üzv olan dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri və nümayəndələri iştirak edir.
Müəllif: Ceyhun Ağazadə