AZ

Dəmir yolu vağzalında BƏDBƏXT HADİSƏ – Şirkətin işçisini “tok” vurdu

Tovuzda Dəmir yolu Vağzalında bədbəxt hadisə nəticəsində kişi xəstəxanalıq olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə vağzalda yeni xətlərin çəkilişi zamanı şirkət işcisi elektrik cərəyanına toxunub. Rayon Mərkəzi Xəstəxanasına aparılan orta yaşlı şəxsin vəziyyəti ağırdır. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün ikinci belə hadisə baş verib."Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Hadisə Pirallahı rayonunda qeydə alınıb. "Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusovu rayon ərazisində transformatorda iş görən zaman elektrik cərəyanı vurub. Nəticədə Ş.Yunusov hadisə yerində ölüb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
12
50
bizim.media

10Mənbələr