AZ

Müğənni sevgilisinin başını kəsdi, çantasında apardı- FOTO

Müğənni sevgilisinin başını kəsdi, çantasında apardı

Nigeriyada 24 yaşlı Salome Adaidu müğənni olan sevgilisi Timileyen Ajayi tərəfindən qətlə yetirilib.

Nigeriyada dəhşətli qətl hadisəsi baş verib. AzPost xarici mediaya istinadla xəbər verir ki, gənc sevgilisini öldürəndən sonra 32 yaşlı qatil qadının başını kəsib. Kəsilmiş başı torbada aparan zaman məhəllə sakinləri polisə məlumat verib.  Gənc qızın ailəsi isə qətlin sifarişli olduğunu bildirib. Belə ki, orqan mafiysının bu işdə əlinin olduğu ehtimalı var. Qadının cəsədi 50 hissəyə parçalanıb.

Qatil isə polisə verdiyi ifadəsində bildirib ki, sevgilisinin cəsədini münasibətlərinə son qoymaq istədiyi üçün parçalayıb. O, qətldən əvvəl qadının ondan pul istədiyini və ac olduğunu deyib. Ona yemək verdikdən sonra dəhşətli cinayəti törətdiyini etiraf edib.

Seçilən
23
azpost.info

1Mənbələr