“Turan Tovuz” heyətini yeni legionerlə gücləndirib. Qərb təmsilçisinin bu qış heyətinə qatdığı 3-cü legioner Joarlem Batista Santosdu. Tovuzlular onunla 2,5 illik müqavilə imzalayıb.
“Football-plus.az” hücumçu haqda bəzi detalları təqdim edir.
Jo Batista 1995-ci il mayın 1-də Brazilyanın Teofilo Otoni şəhərində anadan olub. 1,92 metr boya malikdi, hücumçu mövqeyində çıxış edir. Peşəkar karyerasında 2014-cü ildə “Moji Mirim”də başlayıb. “Mito Hollihok” (Yaponiya), “Yuventus”və “Şaviş” (hər ikis Portuqaliya) klublarının da formasını geyib.
Məşhur statistika portalı “Transfermarkt”ın məlumatına görə, onun dəyəri 150 min avrodu. Performansına gəlincə, son klubunda ümumilikdə 61 oyuna çıxan Batista 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta