Donetskin Çasov Yar yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusunun irəliləməsi nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bir tağım əsgəri mühasirəyə alınıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə hərbi ekspert Andrey Maroçko bildirib.
“Qoşunlarımızın uğurlu irəliləyişi zamanı ukraynalı əsgərlər Çasov Yarın cənub-şərqində əməliyyat mühasirəsinə düşüblər. İlkin məlumata görə, mühasirədə düşmənin ən azı bir tağımı ola bilər”, - Maroçko qeyd edib.