Niderlandın Veyk-an-Zee şəhərində keçirilən beynəlxalq turnirdə təmsilçimiz Aydın Süleymanlının növbəti rəqibi almaniyalı şahmatçısı Frederik Svane olacaq
İdman.biz xəbər verir ki, onlar yanvarın 24-də yarışın VI turu çərçivəsində qarşılaşacaqlar.
Bu gün isə turnirdə istirahət günüdür.
Qeyd edək ki, Süleymanlı və Svane turnir cədvəlində qonşudurlar: hər ikisi 2,5 xal toplayıb və 8-10-cu yerləri bölüşürlər.
İdman.biz