AZ

Milli Təhlükəsizlik Şurasının iclasında gündəmdəki mövzular müzakirə olunub

Milli Təhlükəsizlik Şurasının (MTŞ) yeni ilin ilk iclası prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.

Prezident İqamətgahında keçirilən görüşdən sonra Milli Təhlükəsizlik Bəyannaməsi qəbul edilib.

Bəyannamədə Türkiyənin daxili və xarici təhlükəsizliyi ilə bağlı həssas qiymətləndirmələr aparılıb və mühüm qərarlar qəbul edilib.

PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ kimi terror təşkilatlarına qarşı mübarizə əzminin olduğu vurğulanıb.

Suriyanın bərpasına, Suriya xalqının sülh və rifahına hərtərəfli dəstək veriləcəyi bir daha təsdiqlənib.

Qəzzada atəşkəsin daimi olması və Fələstin probleminin ədalətli həlli üçün addımların atılmasının, humanitar yardımların Qəzza xalqına fasiləsiz çatmasının vacibliyi vurğulanıb.

Bildirilib ki, İsrailin beynəlxalq hüququ pozan hərəkətləri regionda sabitliyə əngəl törədir.

Türkiyənin dünyada başda Afrika, Orta Şərq və Balkanlardakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərinin artırılacağı, qlobal sülh və sabitliyin təmin olunmağa davam edəcəyi bildirilib.

Türkiyənin öz milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq əzmində qalacağı və qlobal sülhə töhfə verməyə davam edəcəyi qeyd edilib.



Seçilən
14
trt.net.tr

1Mənbələr