AZ

İsrail və “Hizbullah” atəşkəsi uzatmaq istəyir


İsrail və Livanın “Hizbullah” hərəkatı arasında gələn həftə başa çatacaq atəşkəs razılaşması uzadıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Livan, İsrail və Fransa rəsmilərinin fikrincə, İsrail və “Hizbullah” noyabrın sonunda əldə edilmiş atəşkəsin ilkin şərtlərini yerinə yetirmək üçün daha çox vaxta ehtiyac duyurlar və onlar hərbi əməliyyatları bərpa etmək niyyətində deyillər.
Yüksək rütbəli İsrail diplomatının sözlərinə görə, tərəflər münaqişənin yenidən başlanmasının qarşısını almaq üçün yanvarın 27-də başa çatan atəşkəsin uzadılmasını müzakirə edirlər.
İsrail və Livanın diplomatik əlaqələri olmadığı üçün onlar vasitəçilərsiz danışıqlar apara bilmirlər, ona görə də, nizamlanmada Livan, İsrail və Fransa nümayəndələri iştirak edirlər.
Agentliyin məlumatına görə, Livanda atəşkəs noyabr ayından qüvvədə olsa da, İsrail və “Hizbullah” bir-birilərini onun şərtlərini pozmaqda ittiham edir.
Seçilən
23
yeniavaz.com

1Mənbələr