AZ

Biz o terrorçunun edamını istəyirik - Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası

Bakı. Trend:

Biz Tehrandakı səfirliyimizə qarşı terror aktını törədən şəxsinedam olunmasını istəyirik.

Bu barədə Trend-in suallarını cavablandırarkən Azərbaycanınİrandakı səfirliyinə qarşı terror hücumu zamanı şəhid olan OrxanƏsgərovun atası Rizvan Əsgərov bildirib.

"Təxminən 1 il yarım öncə İran İslam Respublikasının BaşProkuror müavini Bakıya gəldi və Azərbaycan Respublikasının BaşProkurorluğunda görüşümüz oldu, başsağlığı verdilər və bildirdilərki, İran İslam Respublikasının qanunlarına uyğun olaraqkompensasiya və ya edam cəzası verilə bilər. Orxan Əsgərovun atasıolaraq, şüphəsiz ki, mən həmin dəqiqə edam cəzasını dedim", - obildirib.

R.Əsgərov qeyd edib ki, bir il yarım öncə bununla bağlı müvafiqsənədlər hazırlandı.

"Mən və kiçik oğlum qisas qismində edam istədiyimizi tələbməktubu kimi yazdıq. İndi isə bu tələbi yenidən istəyirlər. Biz dəbu tələb məktubunu yenidən yazacağıq. Biz həmin terror aktınıtörədən şəxsin edamını istəyirik. Bizim başqa bir tələbimiz yoxdur.Yanvarın 27-də Orxan Əsgərovun ölümünün ildönümüdür. Həmin vaxtgedib müvafiq sənədləri notarial qaydada təsdiq edib, verəcəyik", -deyə o bildirib.

Xatırladaq ki, ötən il yanvarın 27-də səhər saat 08:30radələrində avtomat silah və çoxlu sayda güllə daraqları iləsilahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə qarşı xainterror hücumu törədib. Hücumun qarşısının alınması zamanısəfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, ikinəfər isə yaralanıb.

Ötən gün isə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edənşəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsitərəfindən təsdiqlənib. Cinayət işi icra olunması üçün məhkəməyəgöndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək.Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icraolunması üçün əlaqədar quruma göndəriləcək.

Məqalədə:
Seçilən
24
50
az.trend.az

10Mənbələr