AZ

Tacikistanın vasitəçiliyi ilə MDB-də nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması strategiyası hazırlanır

Bakı. Trend:

Tacikistanın MDB sədrliyi çərçivəsində MDB-yə Üzv DövlətlərinƏsas İntermodal Nəqliyyat Dəhlizlərinin RəqəmsallaşdırılmasıStrategiyası layihəsinin hazırlanması üzrə işlərə başlanılıb.

Trend xəbərverir ki, bunu bu gün Tacikistanın Azərbaycandakı səfiri İlhomAbdurahmon səfirlikdə Tacikistanın 2025-ci ildə MDB sədliriyinəhəsr olunmuş brifinqdə bildirib.

“Layihənin hazırlanma prosesinə Birləşmiş Millətlər TəşkilatınınAsiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasınınekspertləri cəlb olunacaq”, -deyə səfir bildirib.

İ.Abdurahmon qeyd edib ki, nəqliyyat istiqamətində Yolİşçilərinin Hökumətlərarası Şurasının, Nəqliyyat ƏlaqələndirməMüşavirəsinin və Dəmir Yolu Nəqliyyatı Şurasının avtomobil və dəmiryollarının layihələndirilməsi, inşası, rekonstruksiyası vəistismarı, eləcə də yol qurğuları şəbəkəsinin təkmilləşdirilməsisahəsində fəaliyyətlərinə dəstəyi davam etdiriləcək.

“Beynəlxalq tranzit daşınmaların yolundakı əngəllərin aradanqaldırılmasının davam etdirilməsi və proqrnozlaşdırıla bilən şəffaftarif siyasətinin yürüdülməsi istqamətində birgə səylərə dəstəyəxüsusi diqqət ayrılacaq”, -deyə diplomat əlavə edib.

Məqalədə:
Seçilən
22
2
az.trend.az

10Mənbələr