AZ

Qəzzadakı Səhiyyə Nazirliyi bəyanat yaydı

15 aydan çoxdur ki, İsrailin hücumlarına məruz qalan Qəzza zolağında dağıntılar altından çıxarılan 50-dən çox fələstinlinin cəsədi xəstəxanaya aparılıb. Bu barədə Qəzzadakı Səhiyə Nazirliyindən verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, İsrailin hücumları nəticəsində xəsarət alan 19 nəfər də xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 47 161-ə, xəsarət alanların sayı isə 111 166 nəfərə yüksəlib.



Seçilən
16
trt.net.tr

1Mənbələr