ABŞ prezidenti Donald Tramp 2 keçmiş polis əməkdaşını əfv edib.
Bakıvaxtı.az “The Hill”ə istinadla xəbər verir ki, 2020-ci ildə Karon Hilton-Braun adlı 20 yaşlı qaradərili gənci öldürdüyünə görə 5 il həbs cəzasına məhkum edilmiş keçmiş Vaşinqton polisi Terens Suttonu qeyd-şərtsiz əfv edib.
O cümlədən, eyni qətlin sübutlarını ört-basdır etdiyinə görə 4 il həbs cəzası alan polis əməkdaşı Endryu Zabavskiyə də amnistiya elan edilib.
Xatırladaq ki, Tramp prezident vəzifəsinin icrasına başladığı gün imzaladığı fərmanla 6 yanvar 2021-ci ildə Konqresə basqında iştirak edən təxminən 1600 nəfəri əfv edib.
Əli Hüseynov