AZ

Öcalan nə zaman terrorçulara çağırış edəcək? - Detallar bəlli oldu

PKK terror qruplaşmasının lideri Abdullah Öcalanla bağlı yeni iddia yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, onun terrorçulara nə zaman çağırış edəcəyi barədə məlumatlar ortaya çıxıb.

Belə ki, Öcalanın 15 fevralda PKK-nın ləğv edildiyini elan edəcəyi və terrorçuları silahlarını buraxmağa çağıra biləcəyi deyilir. 

Həmin günün seçilməsi isə olduqca diqqət çəkir. Çünki Abdullah Öcalan məhz 1999-cu ilin 15 fevralı Türkiyəyə gətirilmişdi. İddialara əsasən, onun çağırışı İmralıdan olacaq. 

Hətta çağırışın bir telekanalda canlı yayımlanmasının belə gündəmdə olduğu belə bildirilir. 

Son iddialara görə, Abdullah Öcalanın terrorçulara 15 fevralda ya videomüraciəti, ya da canlı yayımda çağırışı reallaşa bilər.

Seçilən
16
cebheinfo.az

1Mənbələr