AZ

“Mahnısını oxuyuramsa, sevinməlidir” - Kəmalədən Xumara

Muğam ifaçısı Kəmalə Nəsibova açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, “Qonaqcanlı”da qonaq olan xanəndə Əməkdar artist Xumar Qədimovanın mahnısını oxuduğu üçün ondan icazə almadığını deyib:

“İcazə almadan oxumuşam. Əgər sizin mahnınızı oxuyuramsa, o insan sevinməldir, deməlidir ki, nə yaxşı... Mən Xumar xanımı tanıyıram, şəxsi tanışlığım var. Bilirəm ki, oxunulursa, zəng edilməlidi. Mən oxuyuramsa, Nəsibova Kəmalə AzDrama-da işləmişəm, Konservatoriya bitirmişəm, sıradan müğənni deyiləm. O xanım məni tanıyır, bir yerdə olduğumuz dövrlər olub, el məclislərində, tədbirlərdə bir yerdə olmuşuq. Demişəm, sizin mahnıları oxumuşam, deyir, oxu, sevinirəm, mahnılarım səsləndiriləndə. Ondan sonra, dur, zəng et...”.

Seçilən
19
olay.az

1Mənbələr