Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında bildirib.
Azərbaycanın İran və Rusiya arasında strateji mövqeyi üçtərəfli əməkdaşlığın inkişafı və tranzit potensialının artırılması üçün xüsusi imkanlar yaradır, deyə o bildirib.
"Tehrandakı görüşdə beş il ərzində 15 milyon yükün emalına imkan verəcək Şimal-Cənub layihəsi müzakirə olunub. Bu kontekstdə İran, Azərbaycan və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək", deyə Sadiq qeyd edib.
Onun sözlərinə görə, İran, Rusiya və Azərbaycan arasında Şimal-Cənub dəhlizinin tikintisinin başa çatdırıılması haqqında tam razılaşma var.