Bakı. Trend:
Tacikistanın MBD sədrliyi müddətində enerji sahəsində əsassəylər üzv-dövlətlərin energetika sektorunun texnoloji inkişafınayönələcək.
Trend xəbərverir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmonsəfirlikdə Tacikistanın 2025-ci ildə MDB sədliriyinə həsr olunmuşbrifinqdə bildirib.
“Səylərimiz həm də üzv-dövlətlərdə energetikanın texnolojibaxımdan inkişafının təmin edilməsində əməkdaşlığın davametdirilməsinə, elektrik enerjisinin daha ekoloji-təmiz hasilatmetodlarına keçiddə və bərpaoluna bilən və resurslara qənaət edəntexnologiyalardan istifadə həcminin artırılmasına yönələcək”, -deyəsəfir qeyd edib.
Abdurahmon bildirib ki, MDB üzv dövlətlərinin 2035-ci ilə qədərEnergetika Sahəsində Əməkdaşlıq Konsepsiyası və onungerçəkləşdirilməsi üzrə İlkin Tədbirlər Planı üzrə birgə işlərdavam etdiriləcək.
Diplomat qeyd edib ki, ekologiya sahəsində üzv dövlətlərintorpaq, təbii sərvətlər, meşələr, su ehtiyatları, bitki və heyvanaləmi kimi resurslarından fərdi qaydada istifadə xüsusiyyətlərininəzərə alaraq, razılaşdırılmış standartların və ekoloji normalarınişlənməsi istiqamətində qarşılıqlı fəaliyyət davam etdiriləcək.
“Həmçinin ekoloji problemlərin həllində ictimai rəyin rolununartırılmasının vacibliyi ilə bağlı üzv-dövlətlərin əhalisi arasındaməlumatlılığın artırılması istiqamətində tədbirlər təşkilolunacaq”, deyə səfir əlavə edib.