Ajans.az xəbər verir ki, bu barədə “MK-Piter” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Şübhəli daha sonra törətdiyi cinayəti etiraf edib və bildirib ki, 28 yaşlı sevgilisi ilə birlikdə Mojayskaya küçəsindəki kirayə mənzildə Yeni ili qeyd ediblər. Mübahisə zamanı o, çəkic götürərək sevgilisinin başına vurub, sonra isə qalstukla boğub. O, meyiti otaqların birində yatan vəziyyətdə qoyub.
Həmin şəxs ölən sevgilisi ilə yanvarın 23-dək eyni mənzildə yaşamağa davam edib. Polisi vəkil çağırıb, adam hər şeyi danışıb. Şübhəlinin Volqoqrad əsilli olduğu və işsiz olduğu üzə çıxıb.